Kurban Berdıyev: "Bu oyun ən çox narazı qaldığımız matç oldu"
21.09.2024 - 20:56
Kurban Berdıyev: "Bu oyun ən çox narazı qaldığımız matç oldu"

Misli Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçından (1:2) sonra meydan sahiblərinin çalışdırıcısı Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim".

- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?
- Komanda 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.

- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
- Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.

- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?
- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığımız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi.

0