Kurban Berdıyev: "Oyunçularımı xəbərdar etmişdim ki..."
01.02.2025 - 19:53
Kurban Berdıyev: "Oyunçularımı xəbərdar etmişdim ki..."

"İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir".

Apasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 21-ci turunun "Səbail"lə matçından sonra mətbuat konfransında bildirib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?

- Xeyr, birinci dəfədir.

- Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədir?

- İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

- Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.

- Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?

- Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.

0