Kurban Berdıyev: “Turnir cədvəlinə fikir vermirik”
20.02.2026 - 21:50
Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Zirə"ni qəbul edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq".
- Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiz?
- Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.
0
0