
“Barselona”nın müdafiəçisi Klemen Lanqlenin karyerasını “Tottenhem”də davam etdirməsi, demək olar ki, dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, transferin tamamlanması üçün bu gün Premyer Liqa klubunun nümayəndələri fransalı oyunçunun meneceri ilə bir araya gələcək.
Klublar müqavilənin şərtlərini artıq razılaşdırıblar. İndi yalnız 27 yaşlı futbolçunun razılığını almaq qalır. “Barselona” oyunçuya bütün maaşını London klubunun verməsini istəyir. Gün ərzində transferin açıqlanması istisna edilmir.
Lanqle Premyer Liqa klubuna birillik icarəyə veriləcək. Gələn ilin yayında isə ingilislər onu birdəfəlik transfer etmək üçün 10 milyon avrodan çox xərc çəkməli olacaq.
Qeyd edək ki, Klemen Lanqle “Barselona”ya 2018-ci ilin yayında “Sevilya”dan keçib.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL