AVRO-2020-də 1/8 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, pley-offun ilk günündə ikinci oyun da keçirilib.
Londondakı qarşılaşmada qrup mərhələsini qol buraxmadan və xal itirmədən başa vuran İtaliya millisi Avstriyanı sınağa çəkib. Turnirin favoritlərindən olan appeninlilərin bu matçda da asan qələbəsi proqnozlaşdırılırdı.
Lakin avstriyalılar güclü rəqibinə müqavimət göstərə bilib. İlk yarıda qolsuz bərabərliyi qoruyan Franko Fodanın yetirmələri ikinci hissədə hətta toru da silkələyib. Lakin Marko Arnautoviçin qolu VAR sisteminə baxıldıqdan sonra ofsayd qərarı ilə ləğv olunub. Bu hissədə də komandaların cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb və əlavə 30 dəqiqəyə ehtiyac duyulub.
90 dəqiqə güclü rəqibinə müqavimət göstərən avstriyalıların bundan artığına gücü çatmayıb. Əlavə vaxtda sonradan meydana daxil olan futbolçular Roberto Mançininin üzünü güldürüb. Federiko Kyeza və Matteo Pessina əlavə vaxtın ilk yarısındaca fərqi iki topa çatdırıblar.
Düzdür, Saşa Kalaydziç 114-cü dəqiqədə fərqi minimum endirib. Lakin qalan dəqiqələrdə üstünlüyünü əldən verməyən “Skuadra Adzurra” yoluna davam edib.
Danimarkadan sonra 1/4 finala yüksələn ikinci komanda olan İtaliya millisinin növbəti rəqibi bu gün bəlli olacaq. İtalyanlar Belçika – Portuqaliya cütünün qalibi ilə iyulun 2-də Münhendə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsi iyunun 29-da başa çatacaq.
AVRO-2020
1/8 final
26 iyun
23:00. İtaliya – Avstriya - 2:1
Qollar: Federiko Kyeza, 95, Matteo Pessina, 105 - Saşa Kalayciç, 114
Baş hakim: Entoni Teylor (İngiltərə)
London. “Uembli” stadionu
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO