“Lex” meydan amilindən yararlanacaq” - PROQNOZ
05.07.2022 - 17:44
“Lex” meydan amilindən yararlanacaq” - PROQNOZ

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçirəcəyi səfər oyunu bir çox futbol ekspertinin diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, Britaniyada ekspert kimi fəaliyyət göstərən hindistanlı Şubham Dupare də bu gün Poznanda baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb.

Gənc mütəxəssis “Lex”in meydan amilindən yararlanacağına inanır:

“Lex” – “Qarabağ” bu mərhələnin ən böyük oyunlarından biridir. Hər iki komandanın avrokuboklarda zəngin tarixi var. Polşalılar ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansalar da, qrupda sonuncu yeri tutdular. “Qarabağ” isə Konfrans Liqasında 1/16 finala qədər irəlilədi, yalnız pley-offda “Marsel”ə məğlub oldu.

Bu, iki komanda arasında ilk görüş olacaq. “Qarabağ” Polşa təmsilçilərinə indiyə qədər uduzmayıb. Poznan klubu da Azərbaycan klublarına həmişə qalib gəlib.

“Lex”lə “Qarabağ” toplanış çərçivəsində hərəyə 3 yoxlama görüşü keçirib. “Lex”də 1 qələbə, 2 məğlubiyyət olubsa, “Qarabağ” 1 dəfə qalib gəlib, 2 görüşdə heç-heçə edib.

İlk rəsmi dueldə “Lex”ə cüzi üstünlük verərdim. Bu da matçın Poznanda keçirilməsi ilə əlaqədardır. Fikrimcə, meydan sahibləri minimal fərqlə qalib gələcək.

Proqnozum: 2:1

0