“Lex” “Qarabağ”la oyuna qədər onu transfer etməyəcək
30.06.2022 - 21:54
“Lex” “Qarabağ”la oyuna qədər onu transfer etməyəcək

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex”in yeni transfer istəyi baş tutmayıb.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi “Rusenborq”un dayaq yarımmüdafiəçisi Pavle Vaqiçin keçidini son anda reallaşdıra bilməyib.

Halbuki polşalılar həm Norveç klubunu, həm də 22 yaşlı futbolçunun özünü razı salmışdı. Tərəflər 960 min avroya ortaq məxrəcə gəlmişdi.

Ancaq indi isveçli oyunçunun ən azı “Qarabağ”la matça qədər transferinin baş tutmayacağı bəlli olub. “Lex” rəhbərliyi digər namizədlərlə anlaşa bilməsə, yenidən Vaqiç üçün “Rusenborq”un qapısını döyə bilər.

Qeyd edək ki, “Lex”lə “Qarabağ” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
 

0