“Lex”in baş məşqçisi: “Biz də Polşa çempionuyuq”
04.07.2022 - 16:20
“Lex”in baş məşqçisi: “Biz də Polşa çempionuyuq”

“Lex” yaxın keçmişdə avrokuboklarda “Yuventus”, “Mançester Siti” kimi klublarla çıxış edib, Avropa təcrübəsinə malikdir”.

Apasportaz saytının məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis Azərbaycan təmsilçisinə bələd olduqlarını söyləyib: “Çempionlar Liqasında zəif rəqib anlayışı yoxdur. Çünki bütün komandalar öz ölkəsinin çempionu kimi bu turnirə qatılır. Bir sözlə, bura top-liqadır. Sabahkı rəqibimiz “Qarabağ”a da hörmətlə yanaşırıq. Çox yaxşı komandadır. Onların ötən mövsüm Konfrans Liqasındakı çıxışını izlədik. Ancaq biz də Polşa çempionuyuq və hörmətə layiqik. Sabah bizi çox yaxşı komandaya qarşı maraqlı oyun gözləyir”.

Qeyd edək ki, sabah Poznan stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 

0