“Oyun üçün yaxşı planımız var idi. Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Lex”in hücumçusu Mikael İshak Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.
Qarşılaşmada yeganə qolun müəllifi olan Polşa klubunun kapitanı Azərbaycan təmsilçisinin oyununa təəccüblənmədiyini söyləyib: “Sona qədər mübarizə apardıq və bu, bu, uğurlu nəticəyə gətirib çıxardı. “Qarabağ” bizi təəccübləndirmədi. Rəqib çox yaxşı komandadır, avrokuboklarda böyük təcrübələri var. Onlara topla oynamağa imkan verdik, ancaq əsas odur ki, yaxşı nəticəyə sevinirik”.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ