“Lill”in baş məşqçisi tarixə keçib
08.08.2024 - 23:07
“Lill”in baş məşqçisi tarixə keçib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilmiş görüşdə “Fənərbaxça” səfərdə Fransanın “Lill” kollektivinə məğlub olub.

Apasport.az xəbər verir ki, fransızların baş məşqçisi Bruno Genesio bu qələbə ilə tarixə keçib.

Genesio rəqabətləri ilə dünya futboluna damğa vuran Pep Qvardiola və Joze Mourinyonu Arsen Vengerdən sonra məğlub edə bilən ilk fransız mütəxəssis olub. O, həm də Qvardiola və Mourinyodan güclü olmağı bacaran sayca 25-ci baş məşqçidir.

Qeyd edək, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakı vaxtı ilə saat 21:00-da İstanbulda keçiriləcək. 
 

0