Lotomba Türkiyəyə gələ bilər
20.08.2024 - 20:03

Türkiyənin "Beşiktaş" klubu transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" sağ cinah müdafiəçisi axtarışındadır.
Klubun gündəmində "Nitsa" formasını geyinən Cordan Lotomba var. Futbolçu özü də Fransa təmsilçisindən ayrılmağa isti yanaşır.
Lotombaya daha əvvəl "Auqsburq" və "Hoffenhaym" da təklif göndərsə də, uğurlu nəticə əldə olunmayıb.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 4 mövsümdür "Nitsa" forması geyinir. Onun transfer qiyməti 8 milyon avro dəyərində qiymətləndirilir.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0