Lukaku matçdan sonra stadionun şüşəsini sındırdı - VİDEO
01.12.2022 - 22:49
Belçika millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Romelu Lukaku Xovatiya ilə qolsuz başa çatan dünya çempionatı matçından sonra stadiona zərər vurub.
Apasport.az xəbər verir ki, fasilədən sonra "Qalatasaray"lı Dris Mertensin yerinə meydana çıxan və matçda imkanları boşa verən Konqo əsilli hücumçu əsəbini texniki zonanın şüşəsindən çıxıb.
29 yaşlı futbolçu oyundan sonra matçın keçirildiyi Ər Rayyan şəhərinin Əhməd ibn Əli stadionunun texniki zonasının şüşəsini sındırıb.
Qeyd edək ki, Belçika millisi bu gün Xorvatiyaya qalib gələ bilməyərək mundialla vidalaşıb.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
0
0