Mahir Emreli: "Bu komandanın bir parçası olmaqdan qürur duyuram"
14.11.2022 - 09:12
Mahir Emreli: "Bu komandanın bir parçası olmaqdan qürur duyuram"

“Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Çempion”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə məxsusdur.

25 yaşlı forvard Xorvatiya çempionatının XVII turunda “Riyeka” ilə qarşılaşmada Zaqreb “Dinamo”sunun heyətində dubl edib. Emrelinin 72-ci dəqiqədə meydana daxil olduğu və 2 qol vurduğu görüşdə “Dinamo” rəqibini 7:2 hesabı ilə məğlub edib.

Forvard instaqram səhifəsindəki paylaşımında Xorvatiya klubunda çıxış etməkdən məmnun olduğunu yazıb: “Bu komandanın bir parçası olmaqdan qürur duyuram”.

Qeyd edək ki, Mahir Emreli görüşdə ilk qolunu vurduqdan sonra rəqib futbolçu ilə mübahisə etdiyi üçün sarı vərəqə alıb. Onun komandası “Dinamo” hazırda 41 xalla turnir cədvəlinə başçılıq edir.

0