Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku matçını buraxacaq.
Apasport.az saytının məlumatına görə, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlayıb.
Çalışdırıcı bildirib ki, sabah Split “Hayduk”u ilə keçiriləcək həlledici qarşılaşmada zədədən bir müddət əvvəl qayıdan Emreli iştirak etməyəcək. 25 yaşlı forvardla yanaşı, müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo və yarımmüdafiəçi Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.
Qeyd edək ki, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ