Mahir Emrelinin “Dinamo”dakı taleyinə aydınlıq gəldi
11.11.2022 - 09:00
Mahir Emrelinin “Dinamo”dakı taleyinə aydınlıq gəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı taleyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu böyük ölçüdə qış fasiləsindən sonra da Xorvatiya klubunda qalacaq.

Ancaq bu, Qətərdə keçiriləcək dünya çempionatından asılı olacaq. Xorvatiya millisinə çağırılan “Dinamo”nun digər hücumçuları Bruno Petkoviç və Mislav Orşiç mundialdakı uğurlu çıxışı sayəsində Avropa klublarına transfer oluna bilərlər. Xüsusən də, birinci bəzi komandaların maraq dairəsindədir.

Əgər “Dinamo” yanvarda Petkoviçi satsa, o zaman ehtiyat hücumçular Mahir Emreli və Yosip Drmiç ən azı mövsümün sonuna qədər komandada qalacaq. Belədə “Lokomotiva”da icarədə olan Sandro Kulenoviç də geri qaytarılacaq.

Zaqreblilər dövrələrarası fasilədə əsasən müdafiə xəttini gücləndirməyə çalışacaq. Artıq bir neçə müdafiəçi ilə danışıqlar da aparılır.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

0