Mahir Emrelinin öncəliyi "Qarabağ" olacaq 
29.05.2024 - 16:56
Mahir Emrelinin öncəliyi "Qarabağ" olacaq 

Xorvatiya təmsilçisi "Dinamo"dan ayrılacağı gözlənilən Mahir Emrelinin karyerasını Azərbaycanda davam etdirmək variantı var.

Apasport.az saytına verilən məlumata görə, milli komandamızın üzvünə maraq göstərən komanda "Neftçi"dir.

Amma Emrelinin Azərbaycana qayıdacağı təqdirdə, öncəliyi "Qarabağ" olacaq. Belə ki, o, Ağdam klubundan təklif gözləyir və həmin təklif gələrsə, dərhal danışıqlar başlayacaq.

2022-ci il fevral ayında "Dinamo" ya keçən 26 yaşlı futbolçunun Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

0