
Zaqreb "Dinamo"sundan ayrılacağı dəqiqləşən Mahir Emreli karyerasını Afrikada davam etdirə bilər.
Apasport.az Sport24.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Əlcəzairdən təklif alıb.
Son mövsümü ikinci pillədə başa vuran və ölkə kubokunu başı üzərinə qaldıran "Beluizdad" Emrelini heyətinə qatmaq istəyir. Əlcəzair klubu artıq futbolçuya rəsmi təklif də göndərib.
Ancaq 27 yaşlı futbolçu əlcəzairlilərin təklifinə isti yanaşmır.
Məsələ burasındadır ki, Emreliyə daha bir neçə ölkənin təmsilçisi də maraq göstərir. Həmyerlimiz isə hələ ki, qəti qərar verməyə tələsmir.
Qeyd edək ki, Emrelinin Xorvatiya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL