Mahmud Qurbanov: "Bu müdafiə xəttini yara bilmədilər"
13.08.2022 - 22:34
“Qələbə qazanmaq istəyirdik. Amma rəqib səhvsiz oynadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Mahmud Qurbanov deyib.
49 yaşlı mütəxəssis Misli Premyer Liqasının II turunun “Turan Tovuz”la ev oyunundan sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “Bizim bir səhvimizdən qol vuruldu. Bu da həlledici oldu. İstər yerlilər, istər legionerlər bu gün yaxşı oynamadılar. Rəqib qapanmışdı. Bu müdafiə xəttini yara bilmədilər. İstədiyimizi görmədik”.
Qeyd edək ki, “Səbail” - “Turan Tovuz" oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
1
1