“Mançester Yunayted” Ronaldonu Qrizmanna dəyişmədi
29.07.2022 - 14:57

Kriştiano Ronaldonun “Atletiko”ya keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” İspaniya klubunun portuqaliyalı hücumçu ilə bağlı təklifini qəbul etməyib.
Madridlilər Kriştiano ilə Antuan Qrizmannı dəyişməyə hazır olsa da, belə variant Premyer Liqa təmsilçisini razı salmayıb. Çempionlar Liqasında mübarizə aparacaq klublardan birinə keçməyə qərar verən Ronaldo digər variantlar axtarır.
Qeyd edək ki, Ronaldonun “Mançester Yunayted”lə anlaşması 2022/23 mövsümünün sonunda başa çatacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0