“Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq
18.06.2025 - 17:20

Bu mövsümü icarə əsasında “Çelsi”də keçirən Ceydon Sanço “Mançester Yunayted” ilə yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
“Qırmızı şeytanlar” başa çatan mövsümdə “Çelsi” ilə Konfrans Liqasını qazanan ingilis vingeri satmaq istəyir.
25 yaşlı ulduzla maraqlanan klubların arasında A Seriyası təmsilçisi “Napoli” də var.
Qeyd edək ki, Ceydon Sanço bu mövsüm “zadəganlar” ilə keçirdiyi 42 matçda 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
0
0