“Mançester Yunayted”ə yeni müştəri
24.11.2022 - 17:13
“Mançester Yunayted”ə yeni müştəri

“Apple” şirkəti “Mançester Yunayted”i ala bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu üçün Qleyzerlərə 5,8 milyard funt sterlinq ödənləcəyi gözlənilir.

Bu, təxminən 6,7 milyard dollar təşkil edir. İngiltərə klubunun indiki sahibləri satış variantını nəzərdən keçirməyə hazırdır. Qleyzer qardaşları bunun üçün daha yüksək məbləğ ödəyədək müştəriyə satmaq fikrindədir.

“Apple” şirkətinin bu səviyyədə kluba sahib olmaq təcrübəsi yoxdur. Amma icraçı direktor Tim Kuk Premyer Liqa təmsilçisini almaq variantını araşdırır. Onun planlarında dünyada ən yaxşı sayılacaq yeni stadionun inşası da var.

Qeyd edək ki, böyük britaniyalı milyarder Cim Ratkliff də klubu almaq istəyindədir.

0