
“Bavariya”nın yeni transferi Sadio Mane Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda “Ayntraxt”ın qapısına qol vurmaqla Münhen klubunda rekordu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, seneqallı forvard son 10 ildə klubun ilk iki rəsmi matçında qol vuran birinci futbolçudur.
Mane bundan əvvəl Almaniya Superkubokunda “Leypsiq”lə görüşdə (5:3) də fərqlənmişdi. Ondan əvvəl Münhen klubunun heyətində ilk iki matçda qol vuran sonuncu oyunçu Mario Mandzukiç olub. Xorvatiyalı 2012-ci ildə “Bavariya”nın heyətində ilk 4 qarşılaşmada qol vurmağı bacarıb.
Qeyd edək ki, “Bavariya” “Ayntraxt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”