Mark Tamaş "Neftçi"dən ayrıla bilər
09.07.2024 - 14:10
"Neftçi"nin müdafiəçisi Mark Tamaş komandadan ayrıla bilər.
Apasport.az saytına verilən məlumata görə, macarıstanlı futbolçu Avropanın bir neçə klubundan təklif alıb.
Ötən mövsüm "Neftçi"də kifayət qədər foma şansı əldə edə bilməyən təcrübəli oyunçu özü də Avropaya yollanmağı, təklif göndərən klublardan birində oynamağı planlaşdırır.
Tamaşın "Neftçi"dən ayrılıb-ayrılmaması isə Roman Qriqorçukun onunla danışığından sonra dəqiqləşəcək.
Qeyd edək ki, 30 yaşlı futbolçu "Neftçi" ilə 2023-cü ilin iyul ayında anlaşıb. O, 2025-ci il iyunun 30-na qədər Bakı klubuna məxsusdur.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
1
0