Marselo “Qarabağ”ın rəqibini seçdi
03.09.2022 - 10:08
Marselo “Qarabağ”ın rəqibini seçdi

“Real”ın sabiq futbolçusu Marselonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Cənubi amerikalının “Olimpiakos”a keçidi rəsmiləşib. Bunu Pirey klubunun mətbuat xidməti açıqlayıb.

Marselo ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub. 34 yaşlı müdafiəçi bunadək 15 il “Real”da oynayıb.

Qeyd edək ki, “Olimpiakos” Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir.
 

0