Mehman Yunusov milli komandada - EKSKLÜZİV
13.09.2024 - 19:46
Mehman Yunusov milli komandada - EKSKLÜZİV

Azərbaycan millisinin sabiq futbolçusu Mehman Yunusovun yeni iş yeri bəlli olub.

"Apasport"un əldə etdiyi məlumata görə, o, bundan sonra yığma komandada çalışacaq. 

Təcrübəli mütəxəssis Azərbaycan U-18 millisinə təyinat alıb. Yunusov, Füzuli Məmmədovun köməkçisi vəzifəsini icra edəcək.

Xatırladaq ki, təcrübəli mütəxəssis bunadək, “Sumqayıt”ın 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi postunda çalışıb. 

Qeyd edək ki, sabiq yarımmüdafiəçi "Şəmkir", “Xəzər”, “Neftçi”, “Qarabağ” kimi komandaların şərəfini qoruyub.

0