“Hələ Bakıdakı oyundan əvvəl demişdim ki, “Ferensvaroş” “Qarabağ”a qalib gələ bilməyəcək”.
Apasport.az saytının məlumatına görə, bunu rusiyalı futbol meneceri Aleksey Safonov “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”u üstələdiyi oyunlar barədə danışarkən deyib.
Agentin sözlərinə görə, Azərbaycan çempionu rəqibindən daha güclüdürf: “Azərbaycan təmsilçisi müntəzəm avrokuboklarda oynayır, Çempionlar Liqasının qrup mərhələsinə də çıxıb. Açığı, “Qarabağ”ın “transfermarkt”dakı qiymətinə baxanda təəccübləndim. “Ferensvaroş”un ümumi qiyməti onlardan üç dəfə bahadır. Amma meydandakı mübarizə göstərdi ki, “Qarabağ” yaxşı oynayan möhkəm komandadır”.
Qeyd edək ki, Bakıdakı heç-heçənin (1:1) revanşında Macarıstanda “Ferensvaroş” üzərində 3:1 hesablı qələbə qazanan “Qarabağ” pley-offda Çexiya “Viktoriya”sına (Plzen) rəqib olub.
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
- "Qarabağ"ın ulduzu razıdır: Müqaviləsi daha 1 il uzadılacaq
- Azər Bağırov: "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik"