Mərkəzi oyunun VAR hakimi açıqlandı
20.08.2022 - 10:02
Mərkəzi oyunun VAR hakimi açıqlandı

Misli Premyer Liqasında III turun VAR hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq mərkəzi oyunda videotəkrarlara Elçin Məsiyev baxacaq.

Onunla yanaşı, Pərvin Talıbov da köməkçi kimi VAR otağında olacaq. Matçı isə Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” görüşü saat 20:30-da başlayacaq.

0