“Neftçi”dən ayrılan Mert Çelik “Başakşehir”in heyətində yay təlim-məşq toplanışına start verib.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi dünəndən yeni mövsümün hazırlıqlarına başlayıb.
Son iki ili icarə əsasında “Neftçi”də keçirən Azərbaycan millisinin müdafiəçisi Mert Çelik də baş məşqçi Emre Belözoğlunun sərəncamında məşq edənlər arasında olub. 22 yaşlı oyunçunun komandada qalıb-qalmaması hazırlıq dönəmində özünü necə göstərməsindən asılı olacaq. İstanbul təmsilçisinin onu yenidən icarəyə verməsi istisna edilmir.
Qeyd edək ki, Mert Çelikin “Başakşehir”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ