Messi oynadı, komandası xal itirdi
19.09.2024 - 10:38
Messi oynadı, komandası xal itirdi

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda XXIX turda “Atlanta Yunayted”in qonağı olub.

4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

Lionel Messi bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və sona qədər oynayıb.

“İnter Mayami” 29 turdan sonra 63 xalla birinci sıradadır.

0