Millimiz Avropa çempionatında növbəti matçını keçirəcək
17.07.2024 - 09:25
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda bu gün Niderland yığması ilə qarşılaşacaq.
Rumıniyadakı "Pitesti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
- "Qarabağ"ın ulduzu razıdır: Müqaviləsi daha 1 il uzadılacaq
- Azər Bağırov: "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik"
0
0