Azərbaycan milli komandası baş məşqçisiz qalıb.
Apasport.az saytının məlumatına görə, buna yığmanın italiyalı çalışdırıcısı Canni de Byazinin müqaviləsinin bitməsi səbəb olub.
Onun anlaşması sentyabrın 30-da bitib. AFFA de Byazini saxlamaq və ya yeni mütəxəssis gətirmək barədə yekun qərarını hələ verməyib.
Bu üzdən milli bir müddət baş məşqçisiz qalacaq. Komanda noyabrda iki yoldaşlıq görüşü keçirəcəyindən həmin vaxtadək boşluğun aradan qalxacağı gözlənilir.
Millətlər Liqasının ikinci yarısında baş tutan hər üç oyunda qələbənin əldə olunmasından sonra de Byazinin postunda qalmaq ehtimalı da yüksək qiymətləndirilir. Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə üstələyən komandanın bu nəticələri italiyalının taleyində həlledici rol oynaya bilər.
Hər halda, bu üç rəqibdən yalnız Belarus iddialı sayılmır. Qazaxıstan qrup qalibi, Slovakiya isə dünya 51-cisi olduğundan qalibiyyətlər diqqətçəkəndir və mütəxəssisi postunda saxlanıla bilər.
İtaliyalı 2020-ci ilin iyulundan millimizi çalışdırır. Bu müddətdə komandanı 28 matça çıxaran de Byazi 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyətə şahid olub.
Qeyd edək ki, yığmamız noyabrın 16-da Moldova, 4 gün sonra Şimali Makedoniya ilə görüşəcək.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib