Millimiz Belarusa yenə məğlub oldu
26.03.2025 - 15:15
Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlub olub.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
- Premyer Liqa klubu üçün seminar
- AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB
0
0