Millimiz Bolqarıstanla heç-heçə edib
24.03.2026 - 18:54
Millimiz Bolqarıstanla heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

“Xristo Botev” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib.

Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.