Millimiz məğlub oldu
19.09.2024 - 22:57
Furzal üzrə Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, millimiz rəqibi Çexiya olub.
Oyun Zlin şəhərində keçirilib. İndiyədək iki komanda arasında 6 qarşılaşma baş tutub. Bunlardan ikisində millimiz, 4-də isə çexiyalılar qələbəni bayram ediblər. Bu dəfə rəqib üstün olub. Meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.
Qeyd edək ki, komandalar arasında sabah daha bir oyun təşkil ediləcək.
Yoldaşlıq oyunu
19 sentyabr
21:00. Çexiya – Azərbaycan - 3:0
Qollar: David Drozd, 3. Adam Knobloç, 20. Radim Zaruba, 38
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
0
0