Millimiz qələbə qazandı
12.02.2025 - 17:44
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.
Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
- "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR
0
0