Millimiz üçüncü yer uğrunda mübarizə aparacaq
21.02.2025 - 09:56
Millimiz üçüncü yer uğrunda mübarizə aparacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, komandamız Özbəkistan millisi ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin üçüncülük matçı Bakı vaxtı ilə  saat 15:40-da başlayacaq.

Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.