Millimizdən yubiley qələbəsi
17.11.2022 - 00:00
Millimizdən yubiley qələbəsi

Moldova ilə yoldaşlıq görüşü Azərbaycan milli üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandamız yubiley qələbəsini qazanıb.

Kişinyovda rəqibini 2:1 hesabı ilə üstələyən yığmamız tarixinin 55-ci qalibiyyətini əldə edib. Komandamız buna 285-ci qarşılaşmasında nail olub. İlk oyununu 1992-ci ildə  keçirən yığma həmin vaxtdan bəri iştirak etdiyi 285 görüşün 76-da heç-heçə edib, 154 dəfə uduzub. 214 qol vuran futbolçularımız 468 top buraxıb.

Komandamız Canni de Byazinin rəhbərliyi altında isə 29-cu matçını keçirib və 6-cı qələbəsini qazanıb. İtaliyalı mütəxəssis 7 heç-heçə, 16 məğlubiyyətə şahidlik edib. Yığma onun rəhbərliyi altında 22 qol vurub, 36 dəfə mərkəzə dəvət edilib.

0