Millimizin futbolçusu “Fənərbaxça”ya keçdi
22.08.2022 - 17:00
Millimizin futbolçusu “Fənərbaxça”ya keçdi

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu  Nazlıcan Parlak klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı oyunçu “Konak Belediyespor”dan ayrılıb.

Müdafiəçi karyerasını daha böyük klubda – “Fənərbaxça”da davam etdirəcək. Milliləşdirilmiş oyunçunun “Şükrü Saraçoğlu” İdman Kompleksində imzalanma mərasimi də təşkil olunub. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nazlıcan Parlak 2019-cu ildən Azərbaycan millisinə çağırılır.

0