Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq.
Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bu matçlar dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə baş tutacaq.
Sentyabrın 19-da və 20-də səfərdə keçiriləcək qarşılaşmalar öncəsi millimiz sentyabrın 12-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq. Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə və yoldaşlıq oyunlarına 13 futzalçı dəvət edib. Sesar De Angelis Jonatan, Amir Şojai və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq.
Qeyd edək ki, oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək. Matçlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.
1 |
Rövşən Hüseynli |
Araz-Naxçıvan |
2 |
Ramiz Çovdarov |
Araz-Naxçıvan |
3 |
Emin Kürdov |
Neftçi İK |
4 |
Cohnatas Felipe “Felipinyo” |
Araz-Naxçıvan |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
6 |
Amir Şojai |
Bayterek (Qazaxıstan) |
7 |
Hadi Ahmadi |
Bayterek (Qazaxıstan) |
8 |
Eduardo Borqes |
Halle-Gooik (Belçika) |
9 |
Rafael Vilela |
Kayrat (Qazaxıstan) |
10 |
Everton Cardoso |
Bintang Timur (İndoneziya) |
11 |
Oktay Rüstəmli |
Araz-Naxçıvan |
12 |
Sesar De Angelis Jonatan |
Ayat (Qazaxıstan) |
13 |
Nurlan Mehdizadə |
Neftçi İK |