Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu
27.06.2024 - 13:13
Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığmanın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.

Qeyd edək ki, iyulun 5-də başa çatacaq İsveçrədəki turnirdə 12 komanda qüvvəsini sınayacaq.

0