Millimizin rəqibinə Premyer Liqadan təklif
15.09.2022 - 14:15
Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Qazaxıstan baş məşqçisiz qala bilər.
Apasport.az saytının məlumatına görə, rəqibimizin baş məşqçisi Maqomed Adiyev Rusiyadan təklif alıb.
44 yaşlı mütəxəssis “Axmat”ın sükanı arxasına keçməyə namizəddir. O, 2013-17-ci illərdə bu klubun ikinci komandasına rəhbərlik edib, əsas heyətdə köməkçi kimi çalışıb.
Qeyd edək ki, “Axmat” Rusiya Premyer Liqasının 9 turundan sonra 11 xalla 9-cu yerdə qərarlaşıb. Klub rəhbərliyi dörd gün əvvəl baş məşqçi Andrey Talalayevi istefaya göndərib.
0
0