Millimizin üzvü Astanada bürünc medal qazanıb
19.05.2025 - 11:08
Millimizin üzvü Astanada bürünc medal qazanıb

Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, o, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.

Bu nəticə ilə Viktoriya Sidorenko hesabına 80 reytinq xalı da əlavə edib.