Millimizin üzvü ən yaxşı seçildi
19.02.2025 - 19:52

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tunar Muradov Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, o, Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində bu mükafata layiq görülüb.
Millimizin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Qeyd edək ki, qrup mərhələsinin II turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı qapıçımız Elbrus Kərimov seçilib.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb
0
0