Millimizin üzvü komandasını dəyişib
20.01.2025 - 19:24

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev "Polessye"dən ayrılıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu "Çernomorets"ə keçib.
Emil Odessa klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. "Çernomorets" Ukrayna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.
Qeyd edək ki, "Aleksandriya" yetirməsi olan Emil 2023-cü il iyulun 1-dən "Polessye"də çıxış edir. O, 2027-ci ilə qədər "Jitomir" klubuna məxsusdur.
- Kadinin "Qarabağ"a qoşulacağı tarix bəlli olub
- Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik"
- Ayxan Abbasov: "Bizə xoşdur ki, "Sumqayıt" "Şamaxı"dan qabaqda olduğu üçün sevinir"
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- "Şamaxı" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB
0
0