Millimizin üzvü oynadı, komandası məğlub oldu
20.05.2025 - 00:29
Millimizin üzvü oynadı, komandası məğlub oldu

Türkiyə Süper Liqasına vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin yarımfinalında ilk oyun baş tutub.

Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” öz meydanında “Bandırmaspor”u qəbul edib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal İsgəndərli oyuna 71-ci dəqiqədə – hesab 1:3 olarkən daxil olub.

Qeyd edək ki, cavab qarşılaşması mayın 23-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.