Millimizin üzvü oynadı, komandası qələbə qazandı
05.04.2026 - 13:15
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

MLS-də VI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” səfərdə “Atlanta Yunayted”lə qarşılaşıb.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa vurub.

Axundzadə meydana 90-cı dəqiqədə buraxılıb.

Qeyd edək ki, "Kolambus Kryu” Şərq Konfransının turnir cədvəlində beş xalla 11-ci pillədə qərarlaşıb.