Millimizin üzvü oynamadı, komandası məhsuldar heç-heçə etdi
06.04.2025 - 00:27

Türkiyə I liqasında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" doğma meydanda "Esenler Erokspor" ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada qapılara 6 top vurulub. Görüş 3:3 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb.
Diniyev bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, "Çorum" 47 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0