Millimizin üzvü "Sumqayıt"da yubiley matçına çıxıb
26.08.2024 - 11:55
Millimizin üzvü "Sumqayıt"da yubiley matçına çıxıb

Azərbaycan Premyer Liqasının IV turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper “Gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.

Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Cənnətovun komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. O, “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısının debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-2021-ci illərdə “Sumqayıt”ın formasını geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.

0