Millinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
05.08.2024 - 12:42

Millimizin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb.
Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.
Müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinmişdi. Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında sonlanacaq.
- Faiq Hacıyev: "Davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm"
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"
- "Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı
0
0