Millinin kapitanı: "Məqsədimiz yenidən Avropa çempionu olmaqdır"
27.05.2024 - 17:32
Millinin kapitanı: "Məqsədimiz yenidən Avropa çempionu olmaqdır"

"Komandada ab-hava çox yaxşıdır, təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərimizlə hər incə detalın üzərində işləmişik. Düşünürəm ki, Avropa çempionatına hazırıq".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin kapitanı Seymur Məmmədov Avropa çempionatına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Avropa çempionu titulunu qorumaq mümkün olacaq?

- Maksimum nəticəni əldə etməyə çalışacağıq. Məqsədimiz yenidən Avropa çempionu olmaqdır.

- Son Avropa çempionatında çempionluq qolunu vurdun. Yenə bunu bacaracaqsan?

- Deməzdim ki, qələbəni mənim qol vurmağım gətirdi. Bütün uşaqların əziyyəti var idi. Sadəcə olaraq finalda qol vurmaq mənə qismət oldu. Qolu kimin vurmasının heç bir fərqi yoxdur. Bizə qələbə lazımdır. Azərbaycan xalqına qələbə sevinci bəxş etmək istəyirik.

- Azərbaycan çempionatının sonuna yaxın zədəli idin. İndi durumun necıdir?

- Tam hazıram. Rəhbərlik hər şey etdi. Müalicəm və reablitasiyam yaxşı keçdi.

0